Çörəyin Fəthi
Çörəyin Fəthi (fr. La Conquête du Pain; rus. Хлѣбъ и воля) və ya Çörək kitabı — rus anarxo-kommunisti Peter Kropotkinin 1892-ci ildə yazdığı kitab. Əsl olaraq fransız dilində yazılmış, ilk dəfə anarxist Le Révolté jurnalında bir sıra məqalələr şəklində üz göstərmişdir. İlk olaraq Parisdə, adını da təklif edən Elis Reclusun ön sözü ilə nəşr edilmişdir. Kitab 1892–1894-cü illərdə Kropotkinin həmtəsisçisi olduğu Londonda yerləşən Freedom adlı bir dərgi vasitəsilə yayımlanmışdır.
Əsərdə Kropotkin, feodalizm və kapitalizm, iqtisadi sistemlərinin qüsurlarını yoxsulluq və qıtlığda necə inkişaf etdiklərini və yaranmış vəziyyəti necə saxladıqlarını izah edir. O, qarşılıqlı yardım və könüllü əməkdaşlığa əsaslanan mərkəzləşdirilməmiş bir iqtisadi sistem təklif edir və bu cür təşkilatlanma meyllərinin həm təkamüldə, həm də insan cəmiyyətində mövcud olduğunu faktlarla ortaya qoyur.
Çörəyin Fəthi siyasi anarxist ədəbiyyat da bir klassikə çevrilmişdir. Kitab həm İspaniya Vətən Müharibəsi, həm də İşğal hərəkatı dövründə çox təsirli bir vasitə idi.